Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyi kürdlərin koalisiyası olan "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə yeni razılaşma ilə əlaqədar olaraq ölkənin şimal-şərqində atəşkəs elan edib.
"Report" xəbər verir ki, nazirliyin açıqlamasına görə, atəşkəs 20 yanvar yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) qüvvəyə minib.
"Bu qərar Suriya hökuməti və SDQ tərəfindən elan edilən razılaşmalara uyğun olaraq dörd gün qüvvədə qalacaq", - bəyanatda deyilir.