IMG-LOGO

Pistorius: Almaniyada 12 ildən sonra ilk dəfə hərbi qüvvələrin sayı kəskin artıb

20 Jan 2026 18:13 5 baxış
IMG

Almaniyanın silahlı qüvvələrinin sayı uzun illər ərzində ilk dəfə əhəmiyyətli dərəcədə artıb və hazırda 184,2 min nəfər hərbçidən ibarətdir.

"Report" DPA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius bildirib.

"Hərbi xidmətin dayandırılmasından bəri yeni əsgər toplama nəticələrimiz yaxşıdır. Bundan əlavə, fəal hərbçilərin sayı son 12 ildə ən yüksək səviyyəyə çatıb", - nazir qeyd edib.

Onun sözlərinə görə, 2026-cı ildə motivasiyalı, fəal kişi və qadınlar Bundesverdə xidmət etməyi seçəcəklər. Bu, mülki və ya hərbi, yeni hərbi xidmət çərçivəsində, yaxud daha uzun müddətə olacaq.

Bu rəqəm 31 dekabr 2025-ci il tarixinə olan vəziyyətə görə təxminən 3 min əlavə hərbçi deməkdir. B.Pistorius hərbçilərin sayının artmasını Bundesverə göstərilən etimadın əlaməti kimi xarakterizə edib.

Xəbər lenti