IMG-LOGO

Bessent: Qrenlandiya ABŞ-yə münaqişənin qarşısını almaq üçün lazımdır

20 Jan 2026 18:36 5 baxış
IMG

Qrenlandiyaya nəzarət Vaşinqton üçün mümkün münaqişənin qarşısını almaq baxımından lazımdır.

"Report" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Bessentin sözlərinə görə, Donald Tramp inanır ki, Qrenlandiya münaqişənin qarşısını almaq üçün ABŞ-nin bir hissəsi olmalıdır. Bundan əlavə, Amerika maliyyə nazirinin qeyd etdiyi kimi, Tramp Qrenlandiyanın ABŞ üçün lazımlı olduğuna əmindir – bu, "Golden Dome" ("Qızıl günbəz") adlı raketdən müdafiə sisteminin səmərəli yerləşdirilməsi üçün vacibdir.

Xəbər lenti