IMG-LOGO

Azərbaycanın əksər yerlərində yağıntılar intensiv və güclüdür - FAKTİKİ HAVA

20 Jan 2026 17:14 4 baxış
IMG

Azərbaycanın əksər yerlərində hazırda yağıntılar intensiv və güclüdür.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.

Xəbər lenti