IMG-LOGO

Baş nazirin müavini: Ukraynaya ordunun saxlanılması 10 ildə 700 milyard dollara başa gələ bilər

20 Jan 2026 17:34 3 baxış
IMG

Ukraynanın təhlükəsizliyinin təmin edilməsi və ordunun mövcud tərkibdə saxlanılması (növbəti 10 il ərzində Rusiya ilə müharibənin davam etməsi şərti ilə) 700 milyard dollara başa gələ bilər.

"Report"un "İnterfaks-Ukrayna"ya istinadən məlumatına görə, bunu Baş nazirin müavini, Avropa və Avro-Atlantik inteqrasiyası məsələləri üzrə nazir Taras Kaçka bildirib.

"Əgər vəziyyət dəyişməsə, bu, növbəti 10 ildə 700 milyard dollara qədər məbləğə başa gələ bilər. Bu, hazırda mövcud olan ordunu saxlayaraq, eyni ölçüdə saxlayıb onu hərbi texnika ilə təmin edəcəyimiz şərti nəzərə alınmaqla mümkündür", - deyə Kaçka Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsi zamanı qeyd edib.

Xəbər lenti