Ukrayna sülh planı çərçivəsində sazişlərin imzalanması üzrə ABŞ ilə danışıqlarda "çıxılmaz vəziyyət" görmür.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri daim təmasdadır və sənədlər üzərində işi davam etdirirlər.
"Hələlik çıxılmaz vəziyyət görmürəm. Sənədlər üzərində iş gedir. Danışıqlara gəlincə, onlar daimi xarakter daşıyır və qətiyyən çıxılmaz vəziyyət barədə deyil", - "İnterfaks-Ukrayna" V.Zelenskinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, Kiyev və Vaşinqton Ukrayna böhranının həlli üzrə sülh planı çərçivəsində təhlükəsizlik zəmanətləri, eləcə də Ukraynanın bərpası üçün 800 milyard dollar məbləğində investisiyalar haqqında sazişi müzakirə edir.