IMG-LOGO

Ötən il Azərbaycan əhalisinin xərclərinin 5,7 %-i yanacaqla bağlı olub

20 Jan 2026 14:10 3 baxış
IMG

Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 856,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.

Ötən il ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 67,6 milyard manatlıq, o cümlədən 36,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 30,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.

Xəbər lenti