IMG-LOGO

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad ediblər

20 Jan 2026 12:23 5 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad ediblər.

"Report" xəbər verir ki, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları ziyarət olunub, tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Xəbər lenti