IMG-LOGO

Makron Trampla fikir ayrılıqlarını nahar zamanı müzakirə etməyi təklif edib

20 Jan 2026 11:07 4 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa aralarındakı fikir ayrılıqlarını Parisdə birgə nahar zamanı müzakirə etməyə dəvət edib.

"Report"un məlumatına görə, D.Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində E.Makronun mesajının ekran görüntüsünü paylaşaraq məlumat verib.

E.Makron mesajında iki ölkənin bir çox sahələrdə müttəfiq qaldığını xatırladıb. Buraya "Suriya ilə bağlı tam qarşılıqlı anlaşma" və İranla bağlı birlikdə işləmək istəyi də daxildir.

"Lakin sizin Qrenlandiya ilə bağlı hərəkətlərinizi başa düşmürəm. Gəlin belə bir şeyi sınayaq: mən Davos forumundan dərhal sonra yanvarın 22-də G7 görüşünü çağıra bilərəm. Ukraynalıları, danimarkalıları, suriyalıları, rusiyalıları müşahidəçi kimi dəvət edəcəyəm. Bundan sonra gəlin Parisdə birgə nahar edək", - Fransa Prezidenti mesajında qeyd edib.

Qeyd edək ki, başqa bir paylaşımında Tramp, Qrenlandiyanın ABŞ ərazisi kimi göstərildiyi bir foto paylaşıb.

Xəbər lenti