IMG-LOGO

Rusiyanın Kiyevə hücumu nəticəsində minlərlə ev istilik və susuz qalıb

20 Jan 2026 11:26 4 baxış
IMG

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində təxminən 6 min çoxmərtəbəli bina istilik təchizatı olmadan qalıb.

"Report"un Ukrayna KİV istinadən verdiyi məlumata görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

"Paytaxta qarşı bu hücumdan sonra 5 635 çoxmərtəbəli bina istilik təchizatı olmadan qalıb. Onların təxminən 80 %-i istilik təchizatı bərpa olunan evlərdir", - V.Kliçko qeyd edib.

Eyni zamanda o, şəhərin bir hissəsinin həmçinin su təchizatı olmadan qaldığını vurğulayıb.

Bundan əlavə, V.Kliçko bildirib ki, hücumlar nəticəsində bir nəfər xəsarət alıb, həmçinin bir neçə yaşayış evi və məktəb binası zərər görüb.

Xəbər lenti