Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinə hücumu nəticəsində bir nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O.Sinequbov qeyd edib ki, vilayətə hücum nəticəsində kritik infrastruktur obyektləri, fərdi evlər, avtomobillər və digər mülki obyektlərə ziyan dəyib.