IMG-LOGO

"Bakı Metropoliteni": "İçərişəhər" yaxınlığında dönmə kamerası üçün kommunikasiya xətləri köçürülür

20 Jan 2026 11:48 6 baxış
IMG

Bakı metrosunun "İçərişəhər" stansiyasının yaxınlığında planlaşdırılan dönmə kamerasının inşası üzrə mühüm mərhələ icra olunur.

Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır: "Bu proses yaşayış binalarına, obyektlərə və mövcud infrastruktura zərər vurulmaması üçün xüsusi nəzarət altında həyata keçirilir".

B. Məmmədov qeyd edib ki, ərazidə əvvəlcədən geoloji kəşfiyyat işləri görülüb, aidiyyəti qurumların iştirakı ilə baxış keçirilib. İndiyədək hər hansı fövqəladə hal qeydə alınmayıb, QSC-nin mətbuat katibi əlavə edib.

Xəbər lenti