IMG-LOGO

ABŞ HDQ-nin "Abraham Lincoln" aviadaşıyıcısı İran istiqamətində Hind okeanına daxil olub

20 Jan 2026 08:50 3 baxış
IMG

İrandakı vəziyyət fonunda yanvarın 20-si, çərşənbə axşamı günü "USS Abraham Lincoln" atom aviadaşıyıcısının başçılıq etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) zərbə qrupu Yaxın Şərqə doğru hərəkət edərək Hind okeanına daxil olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Marine Traffic" resursuna istinadən məlumat yayıb.

"Tomahawk" qanadlı raketləri ilə təchiz edilmiş "USS Spruance", "USS Michael Murphy" və "USS Frank Petersen" esmineslərinin müşayiət etdiyi aviadaşıyıcı Cənubi Çin dənizindən Hind okeanına keçərək Malakka boğazından çıxışı tamamlayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmi qruplaşması qərb istiqamətində hərəkət edir.

"USS Abraham Lincoln" aviadaşıyıcısında üç eskadrilya "F/A-18" döyüş qırıcısı və bir eskadrilya beşinci nəsil "F-35C" qırıcıları yerləşdirilib.

Gəminin Yaxın Şərqə göndərilməsi barədə əvvəllər "Al-Jazeera" telekanalı məlumat vermişdi. Qeyd edilmişdi ki, bu, Pentaqonun regionda mövcudluğunu gücləndirməyə və İrana qarşı potensial əməliyyatlar üçün zəruri olan dəniz balansını bərpa etməyə hazır olduğunu nümayiş etdirir.

Xəbər lenti