IMG-LOGO

BMT: Mozambikdə daşqınlardan yarım milyondan çox insan zərər çəkib

20 Jan 2026 05:08 4 baxış
IMG

Mozambikdə baş verən genişmiqyaslı daşqınlar yarım milyondan çox insana təsir edib.

"Report" xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Mozambikdə baş verən güclü daşqınlardan yarım milyondan çox insan zərər çəkib", - deyə o yazıb.

BMT nümayəndəsinin sözlərinə görə, təbii fəlakət yaşayış evlərinin dağıdılmasına, əsas nəqliyyat yollarının su altında qalmasına və tibb müəssisələrinin zədələnməsinə səbəb olub.

Kritik vəziyyətlə əlaqədar təşkilat təcili yardımın göstərilməsini genişləndirir və ölkə hökumətinə fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək edir.

Uzun sürən leysan yağışları Maputu, Qaza, İnyambane və Manika vilayətlərində geniş ərazilərin su altında qalmasına gətirib çıxarıb. Ötən ilin oktyabrında başlayan yağış mövsümündən bəri Mozambikdə fəlakət zonasında olan insanların xilas edilə bilmədiyi 103 hadisə qeydə alınıb.

Mozambik hökuməti zərər çəkmiş bölgələrdə fəlakətin nəticələri ilə mübarizə tədbirlərini əlaqələndirmək üçün nazirləri həmin ərazilərə ezam edib.

Xəbər lenti