Vaşinqtonun ada ilə bağlı iddiaları fonunda Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının (NORAD) hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına gələcək.
"Report"un xəbərinə görə, bu barədə NORAD "X" sosial şəbəkəsində məlumat yayıb.
Onlar "Pituffik" bazasında "ABŞ, Kanada və Qrenlandiya arasındakı davamlı müdafiə əməkdaşlığına söykənərək əvvəlcədən planlaşdırılmış müxtəlif tədbirlərə dəstək" həyata keçirəcəklər.
"Bu fəaliyyət Danimarka Krallığı ilə əlaqələndirilib və bütün dəstək qüvvələri lazımi diplomatik icazələr əsasında fəaliyyət göstərir. Qrenlandiya hökuməti də planlaşdırılan tədbirlər barədə məlumatlandırılıb", - deyə komandanlıqdan bildirilib.