IMG-LOGO

Britaniya Norveçdəki hərbi mövcudluğunu iki dəfə artıracaq

20 Jan 2026 02:46 3 baxış
IMG

Böyük Britaniya Norveçdə dislokasiya olunmuş hərbi qulluqçularının sayını iki dəfə artıracaq.

"Report"un məlumatına görə, bunu Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper İcmalar Palatasında (Britaniya parlamentinin aşağı palatası – red.) çıxışı zamanı bildirib.

"50 ildən artıqdır ki, Kral Dəniz Piyadaları Norveç Arktikasında təlimlər keçirir. Lakin biz öhdəliklərimizi artırırıq və oradakı dəniz piyadalarının sayını üç il ərzində mindən 2 minə çatdırırıq", – deyə o qeyd edib.

Kuper əlavə edib ki, Britaniya tərəfi 2026-cı il ərzində Şimali Atlantikada və Uzaq Şimalda bir sıra hərbi təlimlərdə iştirak etməyi planlaşdırır.

Böyük Britaniyanın Kral Dəniz Piyadalarının "Camp Viking" bazası Norveçin Arktika bölgəsində 2023-cü ilin martında yaradılıb və qarşıdakı 10 il ərzində Britaniya qüvvələrinin Arktikada yerləşdirilməsi və hazırlanması üçün əsas mərkəzə çevrilib. Baza Everbiqd qəsəbəsində yerləşir və Norveç Hərbi Hava Qüvvələrinin Bardufos bazasından 40 km məsafədədir. Həmin bazada Britaniya kommandolarının helikopter bölməsi dislokasiya olunub.

Xəbər lenti