IMG-LOGO

Dubaydan Kazana uçan təyyarə Bakıya məcburi eniş edib

20 Jan 2026 01:09 3 baxış
IMG

"FlyDubai" aviaşirkətinə məxsus, Dubay-Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Aeroportdan "Report"a bildirilib ki, "Boeing 737" tipli təyyarə saat 00:04-də Bakıya uğurla eniş edib.

Qeyd olunub ki, hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.

Xəbər lenti