IMG-LOGO

Metsola: SEPAH-ın terror təşkilatı kimi tanınmasını tələb edirik

19 Jan 2026 23:04 2 baxış
IMG

Avropa Parlamenti genişmiqyaslı etirazlar zamanı çoxsaylı insan tələfatı fonunda İrana qarşı sanksiyaların sərtləşdirilməsində və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan olunmasına çağırıb.

"Report"un Avropa bürosu Strasburqdan xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola plenar iclasda bəyan edib.

"Bu, simvolik jest deyil və onların cəzasız hərəkət etmək imkanlarını daha da məhdudlaşdıracaq və maliyyə axınını pozacaq", – deyə o bildirib.

Metsola xatırladıb ki, ötən həftə bütün siyasi qruplarla aparılan məsləhətləşmələrdən sonra İran diplomatlarının və hakimiyyət nümayəndələrinin Avropa Parlamentindən "öz qəddarlığını Avropada legitimləşdirmək" üçün istifadəsinə imkan verən hər cür qarşılıqlı əlaqəni qadağan etmək barədə qərar qəbul olunub.

Xəbər lenti