IMG-LOGO

KİV: Kanada Sülh Şurasına üzvlük üçün 1 milyard dollar ödəməyəcək

19 Jan 2026 21:28 4 baxış
IMG

Kanada ABŞ-nin sülh planı çərçivəsində Qəzza zolağının idarə edilməsi üzrə Sülh Şurasında üzvlük üçün ödəniş etməyəcək.

"Report" xəbər verir ki, bu barədə AFP-yə hökumətdəki mənbə bildirib.

"Kanada şurada üzvlük üçün ödəniş etməyəcək və hazırda Kanadadan belə bir şey tələb olunmayıb", - mənbə ABŞ Prezidenti Donald Trampın ölkələrin şurada daimi üzvlüyü üçün 1 milyard dollar ödəməsi tələbini nəzərdə tutaraq qeyd edib.

Daha əvvəl Kanadanın Baş naziri Mark Karni bildirmişdi ki, Ottava Trampın Qəzza ilə bağlı növbəti addımları nəzarətdə saxlamalı olan Sülh Şurasına daxil olmaq dəvətini qəbul etməyə razılaşıb. Lakin onun sözlərinə görə, hələ ki ABŞ liderinin 1 milyard dollar məbləğində üzvlük haqqı tələbi Kanadanı qane etmir. M. Karni qeyd edib ki, şuranın strukturu və maliyyələşdirmə mexanizmi ilə bağlı detallar hələ də aydın deyil.

Xəbər lenti