IMG-LOGO

Kəraçidəki ticarət mərkəzində yanğında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

19 Jan 2026 19:59 5 baxış
IMG

Kəraçinin ən böyük ticarət mərkəzi olan "Gul Plaza"da baş verən yanğın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Məlumata görə, 60-dan çox insan itkin düşmüş hesab olunur.

Şənbə günü gecə başlayan yanğın, şəhərdə son on ildəki ən böyük yanğın olub. "Gul Plaza" - təxminən 1200 mağazanın yerləşdiyi, futbol meydançasından böyük sahəsi olan çoxmərtəbəli kompleksdir. Yanğın 24 saatdan çox davam edib.

Hazırda xilasedicilər dağıntıların təmizlənməsini və axtarış işlərini davam etdirir, eyni zamanda ölənlərin dəqiq sayını və yanğının səbəblərini müəyyənləşdirirlər.

10:05

Pakistanın Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən DAWN məlumat yayıb.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, bu gün səhər xilasetmə xidmətləri binanın dağıntıları altında daha səkkiz nəfərin meyitini aşkar ediblər. Sind vilayətinin qubernatoru Kamran Tessori bildirib ki, 70-dən çox insan itkin düşmüş hesab olunur.

O, hadisənin milli faciəyə çevrildiyini vurğulayıb.

Xatırladaq ki, Kəraçidəki ticarət mərkəzində güclü yanğın yanvarın 17-də axşam saatlarında başlayıb və 24 saatdan çox müddətdən sonra tam söndürülüb.

Yanğının dəqiq səbəbi hələ müəyyən edilməyib.

Xəbər lenti