IMG-LOGO

Uşağa ev tapşırıqlarında nə vaxt kömək etmək daha yaxşıdır?

19 Jan 2026 18:05 2 baxış
IMG
3 0

Bir çox valideyn düşünür ki, uşağın hər tapşırığında yanında oturmaq qayğıkeşliyin göstəricisidir. Amma psixoloqlar xəbərdarlıq edir: həddindən artıq kömək uşağın müstəqilliyini əlindən ala bilər. Araşdırmalar göstərir ki, daim ipucu verilən uşaqlarda özünüidarəetmə bacarıqları daha zəif inkişaf edir. Onlar xarici dəstəyə öyrəşir və daxili motivasiyanı itirirlər.

Lent.az xəbər verir ki, mütəxəssislər məsləhət görür ki, yalnız uşaq həqiqətən çıxılmaz vəziyyətdə qaldıqda kömək edilsin. Vacib olan məsələni onun yerinə həll etmək deyil, istiqamət göstərmək və doğru yolu tapmağa kömək etməkdir. Pedaqoqlar qeyd edir: ən yaxşısı uşağa əvvəlcə özü cəhd etmək üçün vaxt verməkdir. Səhvlər öyrənmənin bir hissəsidir və çətinliklərə qarşı dözümlülük formalaşdırır. Əgər valideyn çox tez müdaxilə edərsə, uşaq öz gücünə inanmağı dayandırır. O, köməksiz bacarmayacağını düşünməyə başlayır. Psixoloqlar hazır cavab vermək əvəzinə suallar verməyi tövsiyə edir. Bu yanaşma tənqidi düşünmə və özünəinamı inkişaf etdirir. Yaşı da nəzərə almaq vacibdir. Kiçik yaşlı məktəblilər daha çox dəstəyə ehtiyac duyur, yeniyetmələr üçün isə müstəqillik daha faydalıdır.

Müəllimlər vurğulayır: valideyn köməyi ölçülü olmalıdır. Bu, nəzarətə və təzyiqə çevrilməməlidir. Uşaq özünə güvənildiyini gördükdə daha çox çalışır. Bu, motivasiyanı və oxumağa həvəsi gücləndirir. Əgər kömək daimi müdaxiləyə çevrilərsə, əks təsir yaranır. Təhsil uşağın özü üçün deyil, valideynlər üçün yerinə yetirilən bir vəzifəyə çevrilir. Psixoloqlar valideynlərə uşağın reaksiyasını izləməyi məsləhət görür. Əgər o, ipuclarından əsəbiləşirsə, deməli geri çəkilməyin vaxtıdır. Ən yaxşısı axşam kömək etməkdir uşaq artıq özü həll etməyə çalışandan sonra. O zaman kömək nəzarət kimi yox, dəstək kimi qəbul olunur. Nəticəni yox, səyi tərifləmək vacibdir. Bu, öyrənmə prosesinə düzgün münasibət formalaşdırır. Valideynlər unutmamalıdır: məqsəd dərslərin ideal şəkildə yazılması deyil. Məqsəd uşağa müstəqil şəkildə öyrənməyi öyrətməkdir. Məhz dəstək və azadlıq arasındakı balans sağlam motivasiya yaradır. Müstəqilliyə öyrəşmiş uşaqlar gələcək tapşırıqların öhdəsindən daha rahat gəlirlər.  

Uşaq ev tapşırığı dərs hazırlığı məktəb

Xəbər lenti