Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 9 milyon 89,6 min ton təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 468 min ton və ya 5,4 % çoxdur.
Məlumata əsasən, yüklərin 47,5 %-i neft məhsulları olub.
Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 243,2 milyon ton olub. Yüklərin 3,7 %-i dəniz yolu ilə daşınıb.
Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 2 900 nəfər və ya 10,2 % azalaraq 25,5 min nəfər olub.