IMG-LOGO

Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib

19 Jan 2026 17:34 2 baxış
IMG

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşlarla görüş keçirib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüş Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Hacıqabul Elektrik Şəbəkəsində baş tutub.

Qəbul zamanı "Azərişığ"ın fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

"Azərişıq" ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil edir, onların təklif və tövsiyələri dinlənilir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Xəbər lenti