IMG-LOGO

Azərbaycanda ötən il avtomobil nəqliyyatı ilə 2 milyarda yaxın sərnişin daşınıb

19 Jan 2026 17:48 2 baxış
IMG

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə 151 milyon 655,3 min ton yük, 1 milyard 973 milyon 805,2 min sərnişin daşınıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 8 milyon 178,2 min ton (5,7 %) və 127 milyon 796,8 min sərnişin (6,9 %) çoxdur.

Hesabat dövründə 1 milyard 879 milyon 797,3 min sərnişin avtobusdan istifadə edib. Bu, 2024-cü illə müqayisədə 124 milyon 617,8 min nəfər və ya 7,1 % çoxdur. 2025-ci ildə minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 3 milyon 179 min nəfər (3,5 %) artaraq 94 milyon 7,9 min nəfər olub.

Sərnişinlərin 95,2 %-i avtobus, 4,8 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.

Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 243,2 milyon ton olub. Yüklərin 62,4 %-i avtomobil nəqliyyatı vasitəsilə daşınıb.

Xəbər lenti