Yaponiya özünümüdafiə qüvvələri ölkənin cənubundakı Okinava yaxınlığında Rusiyanın "Vişnya" sinfinə aid gəmi aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın birləşmişmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, Rusiya gəmisi Okinava prefekturasının adaları yaxınlığında hələ yanvarın 17-də müşahidə edilib.
Bildirilib ki, Rusiya gəmisinin hərəkətlərini müşahidə etmək üçün "P-1" və "P-3C" patrul sualtı qayıqlara qarşı təyyarələr və patrul gəmiləri cəlb edilib.