IMG-LOGO

KİV: Danimarka nümayəndələri Davos forumunda iştirak etməmək qərarına gəliblər

19 Jan 2026 16:53 3 baxış
IMG

Danimarka hökumətinin nümayəndələri Qrenlandiya ətrafında vəziyyətin kəskinləşməsi səbəbindən Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirak etməmək qərarına gəliblər.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

"Danimarka nümayəndələri bu il dəvət olunmuşdular və iştirakla bağlı hər hansı qərarlar hökumət tərəfindən qəbul edilir. Biz təsdiq edə bilərik ki, Danimarka hökuməti bu həftə Davosda təmsil olunmayacaq", - Ümumdünya İqtisadi Forumunun təşkilatçılarının bəyanatında deyilir.

Qeyd edək ki, Davosda Ümumdünya İqtisadi Forum bu il 19-23 yanvar tarixlərində keçiriləcək.

Xatırladaq ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp fevraldan Danimarka və Qrenlandiyanı dəstəkləyən bir sıra Avropa ölkələrinə 10% rüsum tətbiq edəcəyini elan edib. Onun sözlərinə görə, 1 iyun 2026-cı ildən bu ölkələr üçün rüsumlar artıq 25% təşkil edəcək və Vaşinqtonun Qrenlandiyanın tam alınması ilə bağlı razılaşma əldə edilənədək qüvvədə qalacaq.

Xəbər lenti