2025-ci ildə Azərbaycanda 50 milyard 915,8 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 38 milyard 881,7 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1 %, əmtəəlik qaz hasilatı isə 0,7 % artıb.
Ötən il Azərbaycanda 27 milyon 679,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 616,1 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 4,7 və 4,8 % azdır.