Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün bu həftə Davosa gedəcək.
"Report" xəbər verir ki, bu barədə "Reuters"in Rusiya və MDB üzrə bürosunun rəhbəri Qay Folkonbric mənbələrə istinadən "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Dmitriyev ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirmək üçün Davosa gedəcək.