Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı üçün hərbi əməliyyat planlarına inanmır.
"Report" "Sky News"ə istinadən xəbər verir ki, o bu barədə mətbuat konfransında bildirib.
"Düşünürəm ki, bunu müzakirə yolu ilə həll etmək olar və olunmalıdır da", - o qeyd edib.
Baş nazir ABŞ-nin Avropa ölkələrinə qarşı rüsumlar tətbiq etməsini də tamamilə yanlış adlandırıb.
Xatırladaq ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp fevraldan Danimarka və Qrenlandiyanı dəstəkləyən bir sıra Avropa ölkələrinə 10% rüsum tətbiq edəcəyini elan edib. Onun sözlərinə görə, 1 iyun 2026-cı ildən bu ölkələr üçün rüsumlar artıq 25% təşkil edəcək və Vaşinqtonun Qrenlandiyanın tam alınması ilə bağlı razılaşma əldə edilənədək qüvvədə qalacaq.