Ötən il Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 669 milyon manatlıq məhsul istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8,7 % çoxdur.
Təkcə dekabrda bu sektorda 459 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 26,8 % çoxdur.
2025-ci ildə sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2,1 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 129,1 milyard manatlıq və yaxud illik müqayisədə 1,4 % çox ÜDM istehsal olunub.