IMG-LOGO

Yapon qadınlar niyə üzlərini soda ilə yuyurlar? - Bu üsulu mütləq təkrarlamaq istəyəcəksiniz

19 Jan 2026 14:20 2 baxış
IMG
0 0

Yapon qadınları uzun illərdir dəri baxımında sadə, amma effektiv üsullardan istifadə edirlər. Bu üsullardan ən maraqlılarından biri isə üzü qida sodası ilə yumaqdır. Bu sadə hiylə bahalı krem və kosmetik məhsullara ehtiyac olmadan dərini təmiz, hamar və parlaq saxlamağa kömək edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu üsulu sınayanların çoxu qısa zamanda nəticə gördüyünü bildirilir, dəri daha təravətli görünür, məsamələr təmizlənir, artıq yağlanma isə nəzərəçarpacaq dərəcədə azalır.

Qida sodası yüngül soyucu (pilinq) təsirə malikdir və dərinin artıq turşuluğunu neytrallaşdırır. Bu da dərinin daha az yağlı görünməsinə səbəb olur. Bundan əlavə, soda gün ərzində üzdə yığılan makiyaj qalıqlarını, tozu, çirkləri təmizləməyə kömək edir.

Beləliklə, bu üsul həm üzü təmizləyir, həm də dərini yüngül şəkildə pilinq edir, dərini zədələmədən.

Soda ilə üzü necə düzgün yumaq olar?

Yapon üsulunu tətbiq etmək üçün: 1 çay qaşığı qida sodasını az miqdarda su ilə qarışdırın və pasta halına gətirin. Alınan qarışığı nəm üzə yüngül masaj hərəkətləri ilə çəkin, göz ətrafından uzaq tutun. 30–60 saniyə saxlayın və ilıq su ilə yaxşıca yuyun. Prosedurdan sonra dərinin qurumaması üçün yüngül nəmləndirici krem çəkmək tövsiyə olunur. Bu baxımı həftədə 1–2 dəfə etmək optimal nəticə verir.

Yapon metodunun üz dərisi üçün üstünlükləri

Soda ilə müntəzəm yuyunma aşağıdakılara kömək edə bilər, məsamələrdəki çirklərdən və qara nöqtələrdən qurtulmağa, dərinin yağlanmasını və parıltısını azaltmağa, üzün daha təravətli və işıqlı görünməsinə, maska və kremlərin daha yaxşı təsir göstərməsi üçün dərini hazırlamağa

Diqqət: ehtiyatlı olmaq vacibdir

Soda qələvi məhsuldur, buna görə proseduru çox tez-tez etmək olmaz. Həddindən artıq və ya hər gün soda ilə yuyunmaq dərini quruda və qıcıqlanma yarada bilər. Xüsusilə həssas dərisi olanlar, problemli və allergiyaya meyilli dərisi olanlar sodadan çox az miqdarda başlayıb, əvvəlcə üzün kiçik hissəsində yoxlamalıdırlar.

üz dərisi yapon gözəllik sirləri

Xəbər lenti