IMG-LOGO

Keçən il Azərbaycanda 3 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib

19 Jan 2026 11:35 3 baxış
IMG

Ötən il üç uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib.

"Report" xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci il üzrə yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

V.Behbudov vurğulayıb ki, ümumilikdə keçən il üçün övladlığa verilən uşaqların sayı 149 olub, onlardan 71-i qız, 78-i isə oğlandır:

"Övladlığa verilən uşaqlardan 3-ü əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. 2019-cu ildən bu günədək isə ümumilikdə 4 uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Həmin şəxslər Almaniya, Serbiya və Rusiya vətəndaşları olub".

Onun sözlərinə görə, 2019-cu ildən bu günədək ümumilikdə 818 uşaq övladlığa verilib:

"Onlardan 412-si oğlan, 406-sı qızdır. Himayədar ailə qayğı modeli tətbiq olunduğu dövrdən - 2023-cü ilin noyabrından bu günədək 75 uşağın himayədar ailələrə yerləşdirilməsi barədə müqavilə imzalanıb. 2025-ci ildə isə 40 uşaq himayədar ailələrə verilib, onlardan 20-si qız, 20-si oğlan olub".

Xəbər lenti