IMG-LOGO

Bu il valideyn himayəsindən məhrum 240 uşağın ailə himayəsinə qaytarılması nəzərdə tutulub

19 Jan 2026 11:46 3 baxış
IMG

Bu il 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci il üzrə yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır:

"Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Eyni zamanda bu il daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır".

Xəbər lenti