IMG-LOGO

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 6 %-ə yaxın azalıb

19 Jan 2026 10:15 4 baxış
IMG

2025-ci ildə Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat və yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,3 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % azalıb.

Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 972,1 milyon manatı və yaxud 51,7 %-i məhsul istehsalı sahələrinə, 7 milyard 179,6 milyon manatı və yaxud 33,8 %-i xidmət sahələrinə, 3 milyard 74,4 milyon manatı və yaxud 14,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub, 17 milyard 23 milyon manatını və yaxud 80,2 %-ini daxili investisiyalar təşkil edib.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 16 milyard 18,3 milyon manatı və yaxud 75,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Xəbər lenti