ABŞ Prezidenti Donald Trampın Fələstinin Qəzza zolağını idarə etmək üçün "Sülh Şurası"nda iştirak etmək təklifini nəzərdən keçirmək niyyətindəyəm.
"Report"un məlumatına görə, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze "KIIS 1065 Sydney" radiostansiyasının efirində bildirib.
Trampın Qəzzanın "Sülh Şurası"nda iştirak etmək dəvəti ilə bağlı suala cavab olaraq Albaneze "bütün variantları nəzərdən keçirəcəyini" bildirib.
O qeyd edib ki, Prezident Trampla kifayət qədər yaxşı münasibətlərə baxmayaraq, Kanberra və Vaşinqton arasında da fikir ayrılıqları mövcuddur:
"Təhlükəsizlik məsələləri və vacib minerallarla bağlı ABŞ ilə ortaq maraqlarımız var, amma təbii ki, bəzi fikir ayrılıqlarımız da mövcuddur. Bəzən sadəcə fikir ayrılıqlarınızı kənara qoyub ortaq maraqlarınıza diqqət yetirməlisiniz".