"YPG/SDQ terror təşkilatı dağılmayacaq. Qan tökülməsinin qarşısını almaq üçün razılaşmanın şərtlərini qəbul etdik".
"Report" xəbər verir ki, bu barədə YPG/SDQ koalisiyasının komandiri Məzlum Əbdi "Al Arabiya" televiziyasına bildirib.
Onun sözlərinə görə, YPG/SDQ "parçalanmayıb və məğlub olmayıb" və "ərazilərini müdafiə etməyə davam edəcək".
O, razılaşmanı yekunlaşdırmaq üçün yanvarın 19-da Dəməşqə gedəcəyini və təfərrüatları qayıtdıqdan sonra açıqlayacağını bəyan edib.