İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Bu barədə "Report" "RTVE"yə istinadən xəbər verir.
Telekanal təxminən 100 nəfərin yaralandığını, onlardan 25-nin ağır vəziyyətdə olduğunu bildirib.
Bu fonda İspaniyanın nəqliyyat və davamlı mobillik naziri Oskar Puente sosial mediada yazıb ki, hələlik son ölənlərin sayını müəyyən etmək mümkün deyil.
Hadisə ilə əlaqədar olaraq İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.
03:05
İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ən azı 10 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "El Pais" nəşri hüquq-mühafizə orqanları və təcili yardım xidmətlərinə istinadən yazıb.
Qəzet daha 25 nəfərin ağır yaralandığını bildirib. Hadisə yerinə cəlb edilən xilasedicilər köməksiz vəziyyətdə qalan sərnişinlərin azad edilməsinə kömək edirlər.
Təcili yardım xidmətləri xəsarət alanların əksəriyyətinin kəsiklər, qançırlar və açıq sınıqlar aldığını bildirib. Qatar vaqonlarının deformasiyası səbəbindən xəsarət alanlara çatmaq çətin olub.