Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda müttəfiqləri NATO mexanizmləri vasitəsilə Arktikada təhlükəsizliyi təmin etməyə çağırıram.
"Report"un məlumatına görə, bu barədə Kanadanın Baş naziri Mark Karni özünün "X" hesabında yazıb.
"Arktikanın - NATO-nun şimal və qərb cinahlarının təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir", - deyə o yazıb.
Karninin sözlərinə görə, Kanada hökuməti vəziyyətin gərginləşməsindən narahatdır və Arktika bölgəsində hərbi və vacib infrastrukturu gücləndirəcək:
"Kanada bütün hallarda, o cümlədən Qrenlandiya və Danimarka Krallığı ilə bağlı məsələlərdə suverenlik və ərazi bütövlüyü prinsiplərini dəstəkləyir. Davamlı olaraq qeyd etdiyimiz kimi, Qrenlandiyanın gələcəyini yalnız Qrenlandiya və Danimarka müəyyən etməlidir".