IMG-LOGO

ABŞ Kanada sularında buzqıran gəmilərinin sayını artırmaq istəyir

18 Jan 2026 23:50 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Kanadanın Arktikadakı potensial zəifliyindən narahatdır və sahil sularında patrul xidməti göstərmək üçün əlavə buzqıran gəmilər almaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "NBC News" telekanalı Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Tramp administrasiyası hesab edir ki, Kanadanın şimal sərhədinin qorunması bütün Qərb yarımkürəsinin təhlükəsizliyinin gücləndirilməsi üçün əsasdır. Trampın müdafiəyə kifayət qədər pul xərcləmədiyinə görə Kanadadan narazılığını ifadə etdiyi bildirilir.

Amerika liderinin artan narazılığı fonunda ABŞ hərbçiləri kanadalı həmkarları ilə Arktikada hərbi qüvvələrinin genişləndirilməsi üçün danışıqlar aparır.

Xəbər lenti