IMG-LOGO

Kanada 1 milyard dollara "Sülh Şurası"na qoşulmağı nəzərdən keçirir

18 Jan 2026 21:09 2 baxış
IMG

Qəzza ilə bağlı sonrakı addımlara nəzarət etmək üçün ABŞ Prezidenti Donald Trampın "Sülh Şurası"na qoşulmaq dəvətini prinsipcə qəbul etsəm də, 1 milyard dollarlıq daimi üzvlük haqqının dəqiq nə üçün nəzərdə tutulduğu hələ də məlum deyil.

"Report"un "Politico"ya istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Baş naziri Mark Karni Qətərin paytaxtı Dohada jurnalistlərə açıqlamasında bildirib.

"ABŞ prezidenti bu məsələni bir neçə həftə əvvəl mənimlə müzakirə etdi, amma mən hələ təşəbbüsün təfərrüatlarını, o cümlədən onun necə qurulacağını və necə maliyyələşdiriləcəyini tam başa düşmürəm", - deyə Karni bildirib.

Onun sözlərinə görə, Kanada pulun maksimum təsir göstərməsini istəyir: "Hələ də Qəzza xalqına maneəsiz və genişmiqyaslı humanitar yardım axınına malik deyilik. Bu, daha da irəliləyiş üçün bir şərtdir".

Xəbər lenti