"ABŞ-nin Qrenlandiya ilə bağlı Avropa müttəfiqlərinə tarif tətbiq etmək təhdidləri həyata keçirilərsə, Avropa Birliyi cavab tədbirləri görəcək. Lakin, Aİ-nin "İqtisadi məcburiyyətə qarşı aləti"nin tətbiqi barədə danışmaq hələ tezdir".
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu İrlandiyanın Baş naziri Maxol Martin bildirib.
"Hadisələrin tempi kəskin şəkildə artıb, özü də çox sürətli və çox əhəmiyyətli dərəcədə. Şübhə etməyin: Tariflər tətbiq olunarsa, Avropa mütləq cavab verəcək. Bu, qlobal miqyasda son dərəcə ciddi bir vəziyyətə gətirib çıxaracaq", - deyə siyasətçi bildirib.