IMG-LOGO

Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq

18 Jan 2026 10:53 2 baxış
IMG

Sabah Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1 100 abonentin qaz təchizatının 19 yanvar saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.

Xəbər lenti