IMG-LOGO

Sel səbəbindən Qax–Balakən sahəsində qatarların hərəkəti məhdudlaşdırıldı

08 Jul 2026 19:45 3 baxış
IMG
2 0

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Lent.az-a verilən məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Təhlükəsizlik tədbirlərinə uyğun olaraq iyulun 8 – 20-də Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.

ADY Qax–Balakən qeyri-sabit hava Qax–Balakən sahəsi

Mənbə: lent.az

Xəbər lenti