Filippinin Sebu şəhərində zibillikdə torpaq sürüşməsi nəticəsində itkin düşmüş sayılan son şəxsin cəsədi tapılıb.
"Report" xəbər verir ki, bu barədə Yanğınsöndürmə Bürosuna istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Beləliklə, faciə qurbanlarının ümumi sayı 36 nəfərə çatıb, bundan əvvəl 35 nəfərin ölümü təsdiqlənmişdi.
Xatırladaq ki, hadisə yanvarın 8-də baş verib. Hakimiyyətin məlumatına görə, hadisədən dərhal sonra dağıntılar altından 12 işçi xilas edilib, 36 nəfər itkin düşüb. 10 gün davam edən axtarış-xilasetmə əməliyyatına Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti daxil olmaqla, 300-dən çox insan cəlb olunub.