ABŞ Prezidenti Donald Tramp Braziliya lideri Luis İnasio Lula da Silvaya Qəzza sektoru üzrə Sülh Şurasının təsisçilərindən biri olmağı təklif edib.
"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, dəvət məktubu Tramp tərəfindən Braziliya Prezidentinə bu Cənubi Amerika respublikasının Vaşinqtondakı səfirliyi vasitəsilə göndərilib.
Telekanalın həmsöhbətləri Lula da Silvanın Trampın təklifini qəbul edib-etmədiyini dəqiqləşdirməyiblər.
Bundan əvvəl "Bloomberg" agentliyi məlumat yaymışdı ki, ABŞ Prezidentinin administrasiyası Sülh Şurasında yer almaq istəyən ölkələrin hər birindən 1 milyard dollar tələb edib.