IMG-LOGO

İsrail ordusu Qəzzada HƏMAS-ın bir neçə komandirinin məhv edildiyini açıqlayıb

17 Jan 2026 23:02 2 baxış
IMG

İsrail ordusu Qəzzaya son zərbələr nəticəsində bir neçə yüksək rütbəli HƏMAS döyüşçüsünün zərərsizləşdirildiyini bildirib.

"Report"un "The Times of Israel"ə istinadən məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Həlak olanlar arasında "Əl-Qassam" briqadasının komandiri Məhəmməd əl-Xuli ilə yanaşı, Qəzzanın mərkəzi hissəsində Fələstin İslam Cihadının raket qoşunlarının komandiri Əşrəf Məhəmməd əl-Xatib, həmçinin Deyr-əl-Bəlahda HƏMAS batalyonunun snayper dəstəsinin komandiri Səid Xalid ər-Rəhman da var.

Ordunun məlumatına görə, daha bir zərbə nəticəsində HƏMAS-ın infrastrukturun bərpası üzrə fəaliyyətində iştirak edən iki döyüşçü də həlak olub. Onların kimliyi açıqlanmayıb.

Xəbər lenti