IMG-LOGO

KİV: Karni Trampın Qəzza üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib

17 Jan 2026 20:09 4 baxış
IMG

Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunu idarə edəcək Sülh Şurasına daxil olmaq təklifini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Karni Trampın Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib. Çindəki səfərini başa vuran Kanadanın Baş naziri şənbə günü Qətərə gedəcək. Daha sonra o, 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.

Ağ Evin mətbuat xidmətinin cümə günü yaydığı açıqlamaya görə, Trampın sədrliyi ilə Sülh Şurasına onun xüsusi nümayəndəsi Stiven Uitkoff, sahibkar və Amerika liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş Baş naziri (1997-2007) Toni Bleyer, "Apollo Global Management" investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının rəhbəri Ajay Banqa və Trampın milli təhlükəsizlik üzrə köməkçisinin müavini Robert Qabriel daxil olacaq.

Xəbər lenti