Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın üç vətəndaşına və iki hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
"Report"un məlumatına görə, Ukrayna Prezidentinin müvafiq fərmanı dövlət başçısının saytında dərc olunub.
Məhdudiyyətlər, xüsusən də Rusiya Paralimpiya Komitəsinə və Rusiya Kompüter İdmanı Federasiyasına şamil olunub.
"Onların arasında – Rusiyanın boksçusu və döyüşçüsü var ki, açıq şəkildə Ukraynaya qarşı təcavüzü dəstəkləyir və işğalçıların hərəkətlərini təsdiqləyir. Rusiya Paralimpiya Komitəsi və onun prezidenti, həmçinin Rusiya Kompüter İdmanı Federasiyası və onun prezidenti. Onlar idman meydançalarından anti-Ukrayna narrativlərinin və Rusiya təbliğatının yayılması üçün istifadə edirlər, bununla da Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü əsaslandırmağa çalışırlar", – bəyanatda qeyd olunub.