IMG-LOGO

İndoneziyada göyərtəsində 11 nəfər olan təyyarə radarlardan itib

17 Jan 2026 20:50 6 baxış
IMG

"Indonesia Air Transport" şirkətinə məxsus təyyarə Cənubi Sulavesi vilayətinin Maros dairəsi ərazisində radarlardan itib.

"Report" xəbər verir ki, bu barədə yerli "Detik" portalı məlumat yayıb.

"ATR 400" tipli təyyarənin yeri hələ də məlum deyil. "Indonesia Air Transport" şirkətinə məxsus təyyarənin göyərtəsində 11 nəfər olub.

Axtarış-xilasetmə xidmətinin əməliyyat şöbəsinin rəhbəri Andi Sultan təsdiqləyib ki, göyərtədə səkkiz ekipaj üzvü və üç sərnişin olub. Təyyarə Cokyakartadan Makassara uçuş həyata keçirirdi. Hava gəmisinin dəqiq yeri hələ də məlum deyil.

"Çox güman ki, təyyarə qəzaya uğrayıb", – sonradan XIV hərbi dairənin komandanı general-mayor Banqun Navoko jurnalistlərə bildirib.

Yanğın ocaqlarının aşkarlandığı meşəlik ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti