IMG-LOGO

Rusiyanın İrkutsk vilayətində ticarət mərkəzində yanğın başlayıb

17 Jan 2026 18:38 3 baxış
IMG

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində ticarət mərkəzində yanğın baş verib, beş nəfər xilas edilib.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya FHN məlumat yayıb.

"Hadisə yerinə ilk yanğın-xilasetmə bölmələri çatdıqda müəyyən olunub ki, ticarət mərkəzində yanğın baş verib. Yanğının sahəsi dəqiqləşdirilir, 5 nəfər xilas edilib", – deyə nazirlikdən bildirilib.

Hadisə yerində təxminən 40 nəfər və 10 texnika işləyir.

"İlkin məlumata görə, xəsarət alan yoxdur", - FHN-dən bildirilib.

Xəbər lenti